Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Baş səhifə

Bakı. Trend:

Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat
mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.

Trend xəbər
verir ki, bu barədə “football.by” saytı məlumat yayıb.

Klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.




Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun
16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE
səpələnmişlər səbətində yer alacaq.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə
əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma
meydanda keçirmək qadağası qoyub.