
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz
tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək
ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri
yanğından mühafizə olunub.

