Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq

Baş səhifə

Bakı. Trend:

Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri
iyunun 14-də elan olunacaq.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan
deyib.




“Nəticələrin yenidən hesablanması və zəruri düzəlişlərin
edilməsi cümə gününədək davam edəcək. Bundan sonra şikayət və
müraciətlərə baxılacaq. Seçkilərin yekun nəticələri iyunun 14-də
elan olunacaq”, – deyə o bildirib.