
Bakı.Trend:
Filippində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak
olanların sayı 19 nəfərə çatıb.
Trend xəbər
verir ki, bu barədə yerli KİV ölkənin mülki müdafiə agentliyinə
istinadən məlumat yayıb.
Ümumilikdə yeraltı təkanların səbəb olduğu fəsadlardan 200-ə
yaxın insan zərər çəkib. Yeddi nəfərin itkin düşdüyü
bildirilir.
xxx
07:24
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ
nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “ABS-CBN News” televiziya kanalı xəbər
verib.
Yeraltı təkanlar General Santos şəhərində bir neçə binanın
uçmasına səbəb olub.
“Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binaya ziyan
dəydiyini deyə bilmərəm; biz xilasetmə əməliyyatları ilə məşğuluq”,
– deyə yerli polisin nümayəndəsi bildirib.

