Saxta nikaha girənlər həbs oluna bilər

Baş səhifə

Bakı.Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyi müvəqqəti yaşayış icazəsi
üçün ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan saxta
nikahlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi
hazırlayıb.

Trend bu barədə
Gürcüstan DİN mətbuat xidmətinə istinadən xəbər verir.




“Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Gürcüstan
vətəndaşı ilə əcnəbinin Gürcüstanda yaşayış icazəsi və/və ya ölkədə
qanuni qalmaq üçün digər əsaslar əldə etmək məqsədilə bağladığı
saxta nikah cinayət məsuliyyəti yaradan əməl hesab ediləcək”, –
deyə məlumatda deyilir.

Cəza olaraq iki ilədək müddətə azadlıqdan məhrumetmə və ya 1
ildən 2 ilədək ev dustaqlığı, əcnəbinin ölkədən deportasiyası və
onun 2 ildən 10 ilədək müddətə ölkəyə girişinə qadağa qoyulması,
yaxud cərimə nəzərdə tutulur.