Rubio Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol
Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik
edib.

Trend xəbər verir ki,
bu barədə Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Baş nazir Nikol Paşinyanı partiyasının yenidən seçilməsi
münasibətilə təbrik edirəm. ABŞ sülhə nail olmaq istiqamətində baş
naziri və Ermənistanı dəstəkləyir.




Biz tarixi Vaşinqton Sülh Sammitinin məqsədlərinin
irəlilədilməsinə, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinə
sadiqik.

Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin
və rifahın təmin edilməsi üzrə birgə əməkdaşlığı səbirsizliklə
gözləyirik”, – deyə Rubio yazıb.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin
ilkin nəticələrinə əsasən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi”
partiyası qalib gəlib. Seçkilərin yekun nəticələri iyunun 14-də
açıqlanacaq.