Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir

Baş səhifə

Bakı. Trend:

Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması,
öyrənilməsi, istifadəsi və təbliği qaydalarında dəyişiklik
ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü
onlayn iclasında müzakirə olunan “Azərbaycanın mədəniyyət paytaxtı
– Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.




Hazırda qüvvədə olan qanuna görə, Şuşa şəhərinin ərazisində
abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin
dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə
yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi
qadağandır.

Təklif edilən dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində
yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların
toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq
tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin
və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.