
Bakı.Trend:
Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov
saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, onun yaşadığı
ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli
bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi
çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2
kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi
havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq
çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar
davam etdirilir.

