Özbəkistanda yanacaqdoldurma məntəqəsində partlayış: ölənlər var

Baş səhifə

Özbəkistanın cənubunda yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, daha 5 nəfər xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla saat 13:50-də baş verib. Hadisədən sonra yaranan yanğın təxminən bir saat ərzində söndürülüb.

Partlayış nəticəsində 4 avtomobilə və yeraltı yerləşən 2 yanacaq çəninə ziyan dəyib.