
Bakı. Trend:
Çin Yantszı çayında su yolu inşa etmək üçün meqalayihənin
tikintisinə başlayıb.
Trend xəbər
verir ki, bu layihəyə dünyada öz növündə ən böyük gəmiçilik şlüzü
hesab olunur.
Bildirilir ki, şlüzün tikilməsi dünyanın üçüncü ən uzun çayı və
Çinin ən böyük çayı olan Yantszıda gəmiçiliyə artan tələbatla
əlaqədardır.
Çin Xalq Respublikası Dövlət Şurasının vitse-prezidenti Din
Syuesyan Hubei əyalətinin İçan şəhərində keçirilən mərasimdə yeni
layihənin açılışını edib.
77,2 milyard yuan (11,3 milyard dollar) dəyərində olan layihə,
dünyanın ən böyük hidravlik quruluşu olan Üç Dərə Bəndindəki mövcud
şlüzin şimalında beşmərtəbəli, ikizolaqlı gəmiçilik şlüzünün
inşasını nəzərdə tutur. Buraya həmçinin çayın aşağısındakı kiçik
bənddəki gəmiçilik qurğularının təkmilləşdirilməsi də daxildir.
Tikintisi başa çatdıqdan sonra Üç Dərə Boru Kəmərinin illik
ötürmə gücü təxminən ikiqat artaraq 336 milyon tona çatacaq.

