Şəkidə baş verən qəzada 3 nəfər ölüb

Baş səhifə
Şəkidə baş verən qəzada 3 nəfər ölüb

Şəkidə baş verən qəzada 3 nəfər ölüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.