Naxçıvanda yeni torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

Baş səhifə
Naxçıvanda yeni torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Hərracların Təşkili Mərkəzi 3 yerli bələdiyyəyə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, rəqabətli keçən hərracda qeydiyyatdan keçən 8 sifarişçi iştirak edib, onlardan 4-ü hərracın qalibi olub.

Nəticədə hərraca çıxarılan 2 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilib.

Hərracların Təşkili Mərkəzi noyabrın 20-də torpaq sahələrinin, noyabrın 25-də isə nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.