Azərbaycanın pambıq idxalına xərci 13% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 166,3 milyon ABŞ
dolları dəyərində 107 195 pambıq ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər baxımından 11,4 milyon ABŞ dolları və ya 6,4%, həcm
ifadəsində isə 2,9 min ton və ya 2,7% azdır.




Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 7,5 milyon ABŞ
dolları dəyərində pambıq idxal edilib. Bu isə ötən ilin eyni dövrü
ilə müqayisədə 861 min ABŞ dolları və ya 13% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycandan 2,6 milyard ABŞ dolları dəyərində qeyri-neft
məhuslları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən
184,1 milyon ABŞ dolları və ya 7,5% artım deməkdir.