
Bakı. Trend:
İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu
keçirilib.
Trend xəbər verir ki, mövsümə
uğursuz başlayan “Mançester Yunayted” səfərdə “Liverpul”un qonağı
olub. “Enfild” stadionunda oynanılan qarşılaşma “qırmızı
şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri
Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Mançester Yunayted”
9-cu pilləyə yüksəlib. “Liverpul” isə 15 xalla üçüncüdür.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan “Arsenal” başçılıq
edir. Liderdən 3 xal az toplayan “Mançester Siti” 2-ci sırada
qərarlaşıb.

