Azərbaycanda hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi təsdiqlənib – FƏRMAN

Baş səhifə

Bakı. Trend:

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair
Komissiya haqqında Əsasnamə” və “Hava daşımaları üzrə rəsmiyyətin
sadələşdirilməsinə dair Komissiyanın tərkibi” təsdiq edilib.

Trend xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etməlidir.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair
Komissiyanın tərkibi

Komissiyanın sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin
müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin
müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin
müavini

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı
direktoru

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti