Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb.
Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun cansız bədənini çıxarsalar da, avtomobil suda qalıb.
Xatırladaq ki, suda batan Dövranlı kənd sakini ailəli olub, üç övladı var.
Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

