Ramiz Vəliyevə hökm oxundu –

Baş səhifə

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, iki il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.