“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusunu transfer edib

Baş səhifə
Sumqayıt Sabahın sabiq basketbolçusunu transfer edib

“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən bildirilib.

Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Fuad “Sabah”ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda “Naxçıvan” klubunun heyətində meydana çıxıb.