
İran Səudiyyə Ərəbistanına hücum barədə iddiaları təkzib edib.
“Tasnim”in xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə xəbərləri yalan adlandırıb və İran ordusunun hədəf aldığı bölgələri açıq-aşkar elan etdiyini vurğulayıb.
“Bizim Silahlı Qüvvələrimiz haranı hədəf alırsa, bunu cəsarətlə bəyan edir. Biz həmişə “saxta bayraq” əməliyyatları barədə xəbərdarlıq etmişik”, – Bəqai bildirib.

