İstanbulda avtobus dayanacağa çırpılıb, ölən və yaralananlar var

Baş səhifə

İstanbulun Çekmeköy rayonunda avtobus və motosiklet sürücüləri arasında mübahisədən sonra qəza olub, avtobus dayanacağa çırpılıb.

APA-nın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə nəticəsində avtobusun altında qalan bir qadın həyatını itirib, dörd nəfər yaralanıb.

Hadisə ilə əlaqədar hər iki sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.