“Yuventus”un qapıçı mövqeyində əsas transfer hədəfi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Yuventus” qapıçı mövqeyi üçün əsas namizəd kimi Emiliano
Martinesi nəzərdən keçirir.

Trend xəbər verir ki,
bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Daha əvvəl Turin
klubu Alisson Bekerlə maraqlanırdı. Lakin “Liverpul” rəhbərliyi
braziliyalı qapıçıya növbəti mövsümdə də onun xidmətlərinə
güvəndiyini bildirib.




Bundan sonra “Yuventus” “Aston Villa”nın qapıçısı Martinesin
transfer dəyəri və şəxsi müqaviləsinin detalları ilə bağlı
danışıqlara başlayıb. Klub futbolçunun yüksək maaşına baxmayaraq,
bu transfer imkanını ciddi şəkildə araşdırır.

Turinlilərin alternativ variantı isə hələ də Quglielmo
Viçariodır. Hazırda o, “Tottenhem”in formasını geyinir.