
Bakı. Trend:
İranın cənubunda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki,
bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Bəndər
Abbasdan 113 km şimal-şərqdə qeydə alınıb. Episentr 10 km
dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

