Belqrad Vaşinqtonla əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparır – Vuçiç

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi yay
aylarında ABŞ ilə strateji dialoqun başlanmasına nail ola
bilər.

Trend xəbər verir ki,
Vuçiç bu barədə “Pink” televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Belqrad Vaşinqtonla əməkdaşlığın
genişləndirilməsi istiqamətində iş aparır və bu prosesin nəticəsi
olaraq yay dövründə strateji dialoqun start götürməsi
mümkündür.




Prezident vurğulayıb ki, Serbiya üçün sülhün və sabitliyin təmin
olunması, vətəndaşların rifahı, eləcə də planlaşdırılan proqram və
layihələrin həyata keçirilməsi əsas prioritetlərdir.

Vuçiç əlavə edib ki, Serbiya Avropa inteqrasiyası kursunu davam
etdirəcək və ölkə daxilində həyata keçirilən siyasətin ardıcıl və
sabit xarakter daşıdığını bildirib.

Qeyd edək ki, daha əvvəl Serbiyanın xarici işlər naziri Marko
Curiç də ABŞ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal
iş aparıldığını açıqlamışdı.