
Bakı.Trend:
Bakıda “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları
arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans işinə
başlayıb.
Trend xəbər
verir ki, tədbir Bakı Konqres Mərkəzində keçirilir.
Tədbirdə Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam
Kərimov, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və
başqa yerli, xarici rəsmilər iştirak edirlər.
Qeyd edək ki, konfrans “Konstitusiya və Suverenlik ili”
çərçivəsində keçirilir.
Xəbər yenilənəcək


