
Bakı. Trend:
11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının
xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş
tutub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və
Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib.
Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik
səyləri təqdir olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


