
Bakı. Trend:
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən,
müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır.
Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr
arasında onların topladıqları ballara əsasən boş qalan dövlət
sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.
Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat
səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə
etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün
ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin
tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon
nömrələrinə də bu haqda məlumat göndərilmişdir.

