Bankların xalis mənfəətin azalması dayanaqlılıq üçün problem yaratmır

Baş səhifə

Bankların mənfəətinin azalması ehtiyatların artması ilə bağlıdır.

APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.

Onun sözlərinə görə, bank sektorunun dayanıqlılığının əsas göstəricisi kapital adekvatlığıdır və bu göstərici 18 % ətrafındadır.

“Görünən odur ki, sistemin kapital büferləri normativlərin üstündədir. Bu səbəbdən xalis mənfəətin azalması dayanaqlılıq üçün problem yaratmır”, – Şahin Mahmudzadə qeyd edib.