Ərə getmək istəməyən 12 yaşlı qızı həbs etdilər

Baş səhifə

Əfqanıstanda dünyanı şoka salan hadisə baş verib. 12 yaşlı Bibi Sediqa ərə getmək istəmədiyi üçün həbs olunub. Onun iki ildən çoxdur məhbus həyatı yaşadığı bildirilir.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Taliban Türkmən Şərif aşirətinə mənsub olan 12 yaşlı Bibini atasının borclarını ödəmək üçün ərə vermək istəyib. Amma Şediqa bu qərara tabe olmayıb. Bundan sonra o, ailəsindən uzaq bir yerdə 6 ay ev dustağı olub. Gənc qız aşirətin müdaxiləsi ilə ev dustaqlığından xilas olsa da, bu dəfə məhkəmə qərarı ilə həbs olunub. Beynəlxalq hüquq müdafiə təşkilatları 2024-cu ildən bəri məhbus həyatı yaşayan Bibi Sediqanın azadlığa çıxması üçün dəfələrlə çağırışlar etsələr də, yerli hökumət bu müraciətləri qulaqardına vurur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.