
Bakı. Trend:
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli
iyunun 29-da Kiyev şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr
üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti
əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər
keçiriləcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası
əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

