İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

