Oqtay Şirəliyev ağciyər xəstəliklərinə, xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi – Nadir Zeynalov

Baş səhifə

Bakı. Trend:

Oqtay Şirəliyev 16 il Səhiyyə sisteminin başında olub. Bu müddət
ərzində xeyli işlər görüb. O, həmçinin ağciyər xəstəliklərinə,
xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi. Uzun müddət Ölkə
Əlaqələndirmə Komissiyasının da sədri olub.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Nadir Zeynalov
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
tərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsr
edilmiş Beynəlxalq elmi-praktiki konfransda deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ağciyərlər insan orqanizmində
həyati vacib orqandır.




“Təmiz ağciyərlərlə yaşamaq daha uzun, sağlam ömür sürməyə imkan
verir. İnsanları maarifləndirməliyik ki, ekoloji amillər, təmiz
hava ilə nəfəs almaq ağciyərlərin sağlamlığına təsir edir. Tütün
ağciyər xərçənginin bir nömrəli səbəbidir”.

N.Zeynalov İnhalasyon dərmanların hazırki qiymətlərini baha
olduğunu vurğulayıb. İnhalasyon dərmanları bir çox ağciyər
xəstəliklərində istifadə olunur, lakin hazırda bir çoxu
bahadır.

“Bizim ölkəmizdə ağciyər sağlamlığı ilə bağlı işlər dövlət
qurumları- səhiyyə ilə əlaqəsi olan-olmayan, vətəndaş instituları,
hökümət və qeyri-hökümət təşkilatları tərəfindən aparılır”,-
N.Zeynalov əlavə edib.