
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında VII turun növbəti qarşılaşmaları
keçiriləcək.
Trend xəbər verir
ki, günün ilk matçı “Azersun Arena”da baş tutacaq. Burada “Qarabağ”
klubu “Kəpəz”i qəbul edəcək. Görüş saat 17:00-da baş tutacaq.
Daha sonra “Sumqayıt” öz meydanında “Turan Tovuz”la üz-üzə
gələcək. Oyun saat 19:30-da keçiriləcək.
17:00. “Qarabağ” – “Kəpəz”
19:30. “Sumqayıt” – “Turan Tovuz”

