Nigeriyada “Ebola” virusu ilə bağlı təhlükə artır

Baş səhifə

Bakı.Trend:

Nigeriyanın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması
üzrə Milli Mərkəzi ölkəyə Ebola qızdırması virusunun daxil olması
təhlükəsinin artdığını qeydə alıb.

Trend xəbər
verir ki, bu barədə xarici media məlumat yayıb.

Mərkəzin xəbərdarlığına görə, bu risk Konqo Demokratik
Respublikasında (KDR) və Uqandada xəstəliyin genişlənən yayılması
ilə bağlıdır. Hazırda Nigeriyada Ebola virusuna yoluxma ilə bağlı
təsdiqlənmiş hal qeydə alınmasa da, hakimiyyət orqanları ölkə
ərazisində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndirir. İlk
növbədə söhbət Nigeriyanın şərq sərhədlərində yerləşən ştatlardan,
nəqliyyat qovşaqlarından və sərhəd-keçid məntəqələrindən gedir.




Milli Fövqəladə Hallar Mərkəzi, Milli Fövqəladə Əməliyyatlar
Sistemi və epidemioloji xidmətlər yüksək hazırlıq vəziyyətinə
gətirilib. Ebola virusuna yoluxma şübhəsi olan şəxslər üçün
müvəqqəti təcrid mərkəzləri, infeksion xəstəxanalarda xüsusi
şöbələr və laboratoriyalar yaradılır, həmçinin xüsusi avadanlıq və
ləvazimat ehtiyatları hazırlanır.

Bundan əvvəl Nigeriyanın Federal Hava Limanları İdarəsi
sərnişinlərə ölkənin bütün beynəlxalq hava limanlarında Ebola
qızdırmasının yayılmasının qarşısını almaq məqsədilə sərt
tədbirlərin tətbiq edildiyini bildirmişdi.