Arxiyepiskop Mikael Acapaxyan iki il həbs cəzasına məhkum edilib

Baş səhifə

Erməni kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan iki il həbs cəzasına məhkum edilib.

APA xəbər verir ki, bu barədə “Novosti-Armeniya” məlumat yayıb.

Məlumata görə, hökm bu gün keçirilən məhkəmə iclasında hakim tərəfindən elan olunub və qərardan bir ay ərzində apellyasiya şikayəti vermək mümkündür.