ABŞ-də sülh gündəliyinə imza atılması ölkə iqtisadiyatına olan marağı ciddi şəkildə artıracaq – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış iqtisadi
islahatlar nəticəsində sahibkarların rəqabət qabiliyyətinin
artmasını müşahidə edirik. ABŞ-də avqustun 8-də də sülh gündəliyinə
imza atılması, ölkə iqtisadiyatına olan marağı ciddi şəkildə
artıracaq. Xüsusilə regional inteqrasiyadan bir sıra məqamlar
ortaya çıxacaq.

Trend xəbər
verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda Azərbaycan
Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, iqtiaadi siyasətin əsas gücü qeyri-neft,qaz
sektorudur.




“2021-2024 6,7 % qeyri neft sektoru artıb. Təbii olaraq hər
zaman bunun sürətlənməsi yollarının axtarışındayıq”.

M.Cabbarov vurğulayıb ki, son 6 ildə qeyri-neft ixracı 2 dəfə
artıb.