
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II
Milli Rəqabət Forumu keçirilir.
Trend xəbər
verir ki, forumda rəqabət siyasətinin iqtisadi inkişafda rolu,
təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai
faydasına dair geniş fikir mübadiləsi aparılacaq.
Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes
assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı
tərəflər iştirak edirlər.
Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili,
təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud
çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və
ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində
fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl
Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər
Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı nəzərdə
tutulub.
Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes
assosiasiyaları və özəl sektorun nümayəndələri iştirak edirlər.
Forum müasir rəqabət çağırışlarının müzakirəsində önəmli dialoq
platforması kimi təqdim olunub.
Burada rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii
inhisarların fəaliyyətinin tənzimlənməsi və onların ictimai faydası
mövzusunda geniş fikir mübadiləsi aparılır.

