Media
- 30 sentyabr, 2025
- 11:04
Azərbaycan və Özbəkistan media strukturları arasında əməkdaşlıq informasiya mühitinin peşəkar inkişafını gücləndirəcək.
“Report”un məlumatına görə, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda bildirib.
“Ölkələrimizin media strukturları arasında tərəfdaşlıq sağlam, obyektiv və peşəkar informasiya mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərəcək. Rəqəmsal transformasiya, yeni texnologiyaların aktiv tətbiqi və media məsələlərinə xüsusi diqqət şəraitində birgə işimiz xüsusi əhəmiyyət kəsb edir”, – o qeyd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

