Yağış yağacaq, şimşək çaxacaq, sel keçəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan
oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın
qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal
olunur.

Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq
oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı
olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
(Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar,
Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi
ehtimalı var.

Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun
artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.