Evini təmir etdirmək istəyənlərin nəzərinə

Baş səhifə

Evin və ya mənzilin təmiri çox vaxt böyük xərc tələb edir. Əgər şəxsi vəsait kifayət etmirsə, bankların təqdim etdiyi təmir krediti bu problemi həll edə bilər. Bu, evin təmirinə, eləcə də mebel və məişət texnikası alınmasına ayrılan istehlak kreditidir.

Metbuat.az-ın məlumatına görə, hazırda ölkədə bir neçə bank təmir krediti təklif edir:

• “Unibank” – 50 min manata qədər, illik 9,5%, 60 ay müddətinə.

• “ABB” – 40 min manata qədər, illik 10,9%, 60 ay müddətinə.

• “Kapital Bank” – 30–50 min manata qədər, illik 10,9%, 59–60 ay müddətinə.

• “Xalq Bank” – 150 min manata qədər, illik 12–18%, 59 ayadək.

• “AccessBank” – 40 min manata qədər, illik 10%, 48 ayadək.

• “Rabitəbank” – 30 min manata qədər, illik 10,5%, 48 ayadək.

Qeyd edək ki, təmir krediti götürmək asan görünsə də, bəzi riskləri nəzərə almaq vacibdir.

Belə ki, kreditin üzərinə faiz əlavə olunduğundan, ödəniləcək məbləğ ilkin məbləğdən daha çox olur. Vaxtında ödənilmədikdə əlavə cərimə və faizlər tətbiq edilə bilər. Həmçinin bəzi banklar girov, zamin və ya gəlir arayışı tələb edə bilər.

Faiz dərəcələri, kredit müddətləri və digər şərtlər bankların daxili siyasətinə və müştərinin kredit tarixçəsinə görə dəyişə bilər. Əlavə məlumat üçün bankların rəsmi saytlarına və ya filiallarına müraciət etməyiniz tövsiyə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.