Prezident İlham Əliyevin Sərəncamı Topçubaşovun Azərbaycan tarixindəki müstəsna yerini təsdiq edir – Səhiyyə naziri

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamı Topçubaşovun Azərbaycan
tarixindəki müstəsna yerini təsdiq edir.

Trend xəbər verir ki, bunu
səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130
illik yubileyi münasibətilə keçirilən elmi-praktik konfransda giriş
sözü ilə çıxış edərkən bildirib.




Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik
Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında”
Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini
vurğulayan nazir qeyd edib: “Akademik təkcə öz dövrünün deyil,
Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş
alimdir”.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə akademikin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin
açılışını qeyd edən nazir, Mərkəzin bu yüksək etimada layiq
səviyyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.