Bakı. Trend:
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin
edilməsi ilə bağlı tədbirlərin davamı olaraq bir sıra avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi)
marşrutları üzrə hüquqi şəxslər “Xoşqədəmli” MMC və “Uğurlu yol”
MMC;
Bakı-Bərdə və Bakı-Mingəçevir marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;
Bərdə-Gəncə marşrutu üzrə fiziki şəxs Məmmədov Feruz Məlik
oğlu;
Göyçay-Mingəçevir marşrutu üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc
oğlu;
Oğuz-Gəncə marşrutu üzrə fiziki şəxs Əhmədov Rəhim Əmralı
oğlu;
Oğuz-Mingəçevir marşrutu üzrə hüquqi şəxs “ALS Logistics Center”
MMC;
Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir) marşrutu üzrə fiziki
şəxs Əliyev Məqsəd İbrahim oğlu;
Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Hacıməlik kəndi
(Göygöl) – Gəncə (N.Nərimanov küçəsi) marşrutları üzrə hüquqi şəxs “Kamil Avtonəqliyyat” MMC;
Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə
hüquqi şəxs “Simurq-avto” MMC;
Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə
fiziki şəxs Osmanov Fərid Qələndər oğlu;
Suduroba kəndi-Qusar avtovağzalı, Hil kəndi-Qusar avtovağzalı,
Xürəl kəndi-Qusar avtovağzalı və Cibir kəndi-Qusar avtovağzalı
marşrutları üzrə hüquqi şəxs “Logistics and Transport Services” MMC
qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

