Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Kriminal

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir