Milli Xalça Festivalının ikinci günü keçirilir – FOTO/VİDEO

Mədəniyyət




Bu gün Milli Xalça Festivalının ikinci günüdür.

resmixeber.az xəbər verir ki, Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

Ötən gündən başlayan festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər həyata keçirilir.

Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilib.

Sakinlər festivalda iştirak edir, milli ornamentlərimizlə tanış olurlar.

Şəhər sakinlərinin festivala göstərdiyi maraq Azərbaycanda ənənəvi incəsənətə olan marağın göstəricisidir.

Paytaxt sakinlərimizlə yanaşı turistlər də Azərbaycanın qədim sənət nümunələri ilə yaxından tanış olurlar. Böyükdən kiçiyə hər kəs xüsusi maraq göstərir.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir