Vladimir Putinin yeni avtomobili nümayiş olundu – VİDEO

Dünya




Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək.

Dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib.

Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi dəyişdirilib – optika, radiator barmaqlığı, qabaq bamper, kapot. Qanadlar da dəyişib.

Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Xatırladaq ki, Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək. 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir