Karlos Sayns “Formula-1” Avstraliya Qran Prisinin qalibi olub

Dünya

“Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada “Formula-1” çempionatının üçüncü mərhələsinin qalibi olub.

Yarış Melburndakı Albert Park trekində baş tutub.

Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü “Maklaren”dən britaniyalı Lando Norris tamamlayıb.

Hazırkı dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen isə dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan kənarda qalıb. Həmçinin “Mersedes”in britaniyalı pilotları Lyuis Həmilton və Corc Rassel də yarışı tamamlaya bilməyiblər.

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi aprelin beşindən yeddisinədək Yaponiyada keçiriləcək.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir