Mərhum aktyor Kristian Oliverin keçmiş həyat yoldaşı çiçək əvəzinə pul istədi

Mədəniyyət


İki qızı ilə birlikdə təyyarə qəzasında dünyasını dəyişən aktyor Kristian Oliverin keçmiş həyat yoldaşı Cessika Klepser onun ölümünə münasibət bildirib. O bu barədə sosial şəbəkə hesabında yazıb.

“Sevimli ailə üzvlərimizin həyatına son qoyan 2024-cü il yanvarın 4-də baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Qızlarımız Madita (12) və Annik (10) ataları Kristianla Karib dənizindəki tətildən qayıdarkən, səyahət etdikləri təyyarənin mühərrikində nasazlıq yaranıb və o, okeana düşüb”, – deyə  mətndə bildirilir.

Hadisə ilə əlaqədar Oliverin ailəsi onlara hörmətlə yanaşmağı istəyib. Başsağlığı bildirmək istəyənlərə isə çiçək əvəzinə onlayn xidmət vasitəsilə ianə etmələri təklif olunub.

Qeyd edək ki, Kristian və Cessika 2021-ci ildə boşanıblar.

Mənbə: iz.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir