Argentinada uğursuz şəkildə dəmlənən qəhvə səbəbindən şəhər alovlara büründü – VİDEO

DIN


Argentinanın Kordoba əyalətinin Villa Karlos Pas şəhərində bazar ertəsi günorta saatlarında başlayan yanğın hələ də davam edir. Yanğınsöndürənlər və yerli sakinlər bir gündən artıqdır ki, yaşayış məntəqələrinə yaxınlaşan böyük yanğını söndürməyə çalışırlar.

Məlumata görə, fəlakətin başlamasına səbəb 27 yaşlı yerli sakinin ocaqda qəhvə hazırlamaq istəyi olub. Tonqaldakı alov bitki örtüyünə, oradan da meşəyə keçib. Argentinalı gənc yanğını ram edə bilməyib.

O, ehtiyatsızlıqdan törədilən yanğın ittihamı ilə saxlanılıb, yanğınla mübarizə isə davam edir.

Alov şəhərin kənarındakı yaşayış massivinə yaxınlaşır. Yanğınsöndürənlər və yerli sakinlərdən ibarət könüllülərlə yanaşı, aviasiya da yanğının söndürülməsinə cəlb olunub. Yerli hakimiyyət orqanları yanğının daha da genişlənəcəyi təqdirdə ətrafdakı sakinləri təxliyə etməyə hazırlaşırlar.

Mənbə: Vesti.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir