“Adidas” buraxdığı səhvə görə Almaniyanı ayağa qaldırdı – FOTO

DIN

“Adidas” Almaniya milli futbol formasında 44 rəqəmindən istifadə etməyəcək.

Belə ki, şirkət Almaniya milli futbol komandasının yeni formasını təqdim etdikdən sonra bir çox sosial şəbəkə istifadəçisi 44 nömrəli köynəyin şrift dizaynını SS nasist təşkilatının simvollarına bənzərliyini görüb. Onlar bildiriblər ki, sonuncu dəfə almanlar belə şeylər geyinəndə heç kim üçün yaxşı bitməyib.

Almaniya Futbol Assosiasiyası da millinin heç bir oyunçusunun 44 nömrəsini geyinməyəcəyini bildirib.

Şirkət bu qalmaqaldan sonra rəqəmi köynəkdən çıxarmaq qərarına gəlib.

“44 nömrəni mümkün qədər tez bloklayacağıq. Şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və bütün formalarda nifrətə qarşı fəal şəkildə mübarizə aparırıq”, – deyə “Adidas”ın sözçüsü Oliver Bryuggen bildirib.

Qeyd edək ki, NSDAP-ın (Veymar Respublikası dövründə yaranan alman siyasi partiyası) hərbiləşdirilmiş qüvvələri “Schutzstaffel” (1933-1945) əvvəlcə SS olaraq göstərilirdi, lakin bu iki hərf sonradan mixi formada yazılıb.

Mənbə: “Militarist” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir