Kanadada boz ayı iki turistin həyatına son qoyub

Dünya


Kanadanın Banf Milli Parkında boz ayı iki turistə hücum edib.

“Kanada Parkları” agentliyinin əməkdaşları ayının hücumu barədə GPS siqnalı sayəsində məlumat alıblar.

Dərhal axtarış qrupu hadisə yerinə yola düşüb, lakin hava şəraiti ilə əlaqədar xilasetmə əməliyyatı ləngiyib.

Xilasetmə qrupu hadisə yerinə çatanda isə artıq gec olub, onlar bir qadın və bir kişinin cəsədini aşkar ediblər.

Əməliyyat zamanı onlar aqressiv ayı ilə də qarşılaşıblar.

Təhlükəsizliyi təmin etmək axtarış qrupu heyvanı yerindəcə məhv etmək qərarına gəlib.

Mənbə: CBC

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir