“Çelsi”nin yeni transferi uzun müddətə sıradan çıxdı

Dünya


İngiltərənin “Çelsi” klubunun yeni transferi Kristofer Nkunku uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Fransalı forvard Dortmund “Borussiya”sı ilə yoxlama oyununda dizindən zədə alıb.

London klubunun rəsmi saytı 25 yaşlı hücumçunun əməliyyat olunduğunu və uzun müddət oynamayacağını açıqlayıb. Futbolçunun ən tezi dörd ay sonra məşqlərə başlayacağı bildirilir.

Qeyd edək ki, Nkunku bu ilin iyun ayında Almaniyanın “Leypziq” klubundan “Çelsi”yə keçib. Onun “zadəganlar”la müqaviləsi altı illikdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir